Dünya şöhrətli jurnalistdən “Galatasaray”ı yıxan açıqlama

Dünya şöhrətli jurnalistdən “Galatasaray”ı yıxan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur italyan jurnalist Fabrizio Romano mövsümün əvvəlində “Napoli”dən “Qalatasaray”a icarəyə verilən “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenlə bağlı olduqca qalmaqallı açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Romano Osimhenin “Qalatasaray”dan ayrılaraq “Napoli”yə dönəcəyini, oradan isə başqa kluba keçəcəyini bildirib.

Romano, YouTube kanalında etdiyi şərhdə, “Həqiqət budur ki, Viktor Osimhen “Qalatasaray”dan ayrılaraq “Napoli”yə dönəcək. Ancaq o, orada da qalmayacaq. Osimhenin yayda fərqli ölkələrdən gələn təklifləri dəyərləndirməsi gözlənilir”, – deyə vurğulayıb.

Dəniz Pənahova