Dünya Sərkisyan kimi uşaq qatilinin… – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. 

Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərkən deyib.

S.Alıyev bildirib ki, bu fərq hazırda o xuntanın başında duran Serj Sarkisyanın etiraflarında da yer alıb: “Ancaq bu, təəccüblü deyil. Təəssüf və təəccüb doğuran odur ki, hansı səbəbdən Minsk qrupunun həmsədrləri uşaq qatilinə nəinki tolerant, eyni zamanda himayədarcasına yanaşırlar? Niyə dünya birliyi uşaq qatilinin, işğalçı rejimin, hərbi xuntanın əsl qiymətini vermək istəmir?!”.

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini – 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.