Dünya Sağlamlıq Təşkilatından vəba xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Sağlamlıq Təşkilatının hesabatlarına əsasən Yəməndə vəba xəstəliyinə yoluxanların sayı sürətlə artır. 

Dünya Sağlamlıq Təşkilatının hesabatlarına əsasən Yəməndə vəba xəstəliyinə yoluxanların sayı sürətlə artır.

Belə ki, bu ilin mayın 14-də 11 min nəfər vəbaya yoluxan var idisə, 10 gün sonra bu rəqəm 40 minə yüksəlib.

Vəba epidemiyası 1 milyon 100 min nəfər hamilə qadının həyatı üçün təhlükə hesab olunur. Birləşmiş Millətlər Təşkilatının Yəməndəki humanitar yardım kordinatoru Ceymi Makqoldrik bildirir ki, növbəti 6 ay ərzində epidemiyasının qarşısını almaq üçün 55 milyon 400 min dollara ehtiyac var.

Qeyd edək ki, Yəməndəki vətəndaş müharibəsi səhiyyə sistemini pis vəziyyətə salıb, insanlar təmiz su və qida tapmaqda çətinlik çəkir ki, bu da epidemiyanın daha sürətlə yayılmasına gətirib çıxarır.