Dünya qarışıb, NATO baş katibi Qafqazda… – Səfərin gizlinləri

Dünya qarışıb, NATO baş katibi Qafqazda… – Səfərin gizlinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki qarışıq dünyada NATO Baş Katibinin regiona, Azərbaycana səfəri ciddi hadisədir. Səfərə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin “açarı” olduğunu sübut edir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən REAL Partiyasının üzvü Natiq Cəfərli bildirib ki, Cənubi Qafqazın hər 3 respublikası nə vaxtsa üzv olacaqlarsa yalnız bir yerdə AB, və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur:

“Ona görə də, hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır.
Zatən məhz Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub ki, bunu da, bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayır. Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar – Qərbin bəzi dairələrinin “ermənipərəstliyinə” emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstə dəyərləndirmək lazımdır”.

Nigar