Dünya “Qanlı Ay”ı müşahidə edəcək

Dünya “Qanlı Ay”ı müşahidə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-də Yer sakinləri bu ilin ikinci və sonuncu tam Ay tutulmasının şahidi olacaqlar. Həmin axşam Ay dramatik qırmızımtıl çalara bürünəcək. Xalq arasında bu nadir mənzərə “Qanlı Ay” adlanır.

Tribunainfo.az xəbər verir ki, Alimlərin izahına görə, hadisə Yer kürəsi Günəş işığını tamamilə qarşısını kəsdiyi zaman baş verir. Bu zaman işığın sınmış və səpələnmiş şüaları Ayı al-qırmızı rəngə boyayır.

Hesablamalara əsasən, tutulmanın tam fazası saat 21:30-da başlayacaq və 22:11-də maksimuma çatacaq. Qırmızı işıq saçan Ay təxminən 82 dəqiqə boyunca görünəcək.

Hadisə Avropa, Asiya, Afrika və Avstraliyadan müşahidə edilə biləcək. Azərbaycanda isə “Qanlı Ay”ı axşam saatlarından gecə yarısına qədər izləmək mümkün olacaq.

İmran Kərimli