Dünya milyarderləri üç günə 128 milyard dollar itirdi

Dünya milyarderləri üç günə 128 milyard dollar itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın fond bazarının ucuzlaşması ucbatından dünya milyarderlərinin sərvəti nisbətən azalıb.

Axar.az xəbər verir ki, ucuzlaşma ən çox Uorren Baffet və Mark Zukerberqə təsir edib. Belə ki, hər iki milyarder üç gün ərzində 3,7 milyard dollar itiriblər. Ondan sonrakı yerdə Quqlun yaradıcıları Larri Peyc (3,1 milyard) və Sergey Brin (3 milyard) qərarlaşıblar.

Ümumilikdə dünyadakı 500 ən varlı şəxs üç gün ərzində 128 milyar dollar itirib. Bu məbləğin 55 milyard dolları ABŞ milyarderlərinə məxsusdur.