backend

Dünya liderlərinə 10 məşhur sui-qəsd – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentlərin həyatlarının mühafizəsi hər zaman hüquq-mühafizə orqanları üçün prioritet məsələ olub.  Prezidentlərin həyatlarının mühafizəsi hər zaman hüquq-mühafizə orqanları üçün prioritet məsələ olub. 

İndiyə qədər onlarla ölkə başçısına sui-qəsd təşkil edilib. Bəzən bu istiqamətdə uğur əldə olunub, bəzən isə sadəcə uğursuz cəhd kimi başa çatıb.

TİA.AZ dünya liderinə qarşı təşkil edilən məşhur sui-qəsdləri təqdim edir:

Bill Klinton

O, Amerikanın 42-ci prezidentidir. Ona qarşı 30 sui-qəsd hazırlanıb və nəticədə 95 nəfər həbs edilib. Yaxalanan cinayətkarların hamısı psixi cəhətdən xəstə şəxslər olublar. Sui-qəsdlərin hamısı 1993-1995-ci illər arasında olub.

Barak Obama

2008-ci ilin avqustunda prezidentliyə namizəd olan Obamaya sui-qəsd hazırlanıb. Sui-qəsd Denverdə Demokratlar Partiyasının seçkiqabağı qurultayında reallaşdırılmalı idi. Federal Təhqiqatlar Bürosu son anda cinayətkarları ələ keçirməyi bacarıb. Afroamerikalının ölkə prezidenti olmasını istəməyən sui-qəsdçilərin üzərindən 3 tapança götürülüb. Ələ keçirilənlərin adları Deniel Kovart və Pol Şlesselman olub.

Boris Yeltsin

1993-cü ilin 27 yanvarında ona qarşı sui-qəsd təşkil edilib. Mühafizəçilər son anda prezidentin həyatına sui-qəsd hazırlayan şəxsi yaxalamağı bacarıblar. Bu, 33 yaşlı mayor İvan Kislov olub.

Adolf Hitler

Nasist liderə sui-qəsd 1939-cu ilin noyabrında təşkil edilib. Sui-qəsd Hitlerin Münhendə Pivə qiyamının ildönümü münasibəti ilə edəcəyi çıxış zamanı planlaşdırılıb. Hücumu faşist əleyhdarı olan alman İohan Georq Elzer həyata keçirib. Belə ki, onun hazırladığı saatlı bomba fürerin çıxışı edəcəyi tribunada quraşdırıldıqdan sonra partlayır. Nəticədə 8 nəfər ölür, 60-dan çox şəxs yaralanır. Hitler sui-qəsddən canını qurtarmağı bacarır. Berlinə təcili dönməli olan alman lider bombanın partlamasına 7 dəqiqə qalmış çıxış etdiyi tribunanı tərk edir. Almaniya xüsusi xidmət orqanları Hitlerə qarşı 50 sui-qəsdin təşkil edildiyini bildirirlər.

Corc Buş (oğul)

ABŞ-ın eks-prezidentinə qarşı sui-qəsd mayın 10-nu 2005-ci ildə təşkil edilib. Tiflisdə “Azadlıq” meydanında çıxış edən zaman milliyyətcə erməni olan Vladimir Arutyunyan səhnəyə əl qumbarası atır. Xoşbəxtlikdən döyüş vəziyyətinə gətirilən qumbara partlamır. Növbəti sui-qəsdin qarşısı İordaniyada alınır. 2007-ci ildə İordaniya kəşfiyyatı Buşun Amerika səfirliyində çıxışı zamanı partlayış olacağını müəyyən edir və buna mane olur. Eyni ildə Kolumbiya və Bolqarıstanda da Buşa qarşı sui-qəsd təşkil edilir.

Mixail Qorbaçov

SSRİ-nin ilk və son prezidentinə sui-qəsd 7 noyabr 1990-cı ildə Qırmızı Meydanda olan nümayiş zamanı təşkil edilir. Bu, Qorbaçova qarşı ilk və son sui-qəsd olur.

Fidel Kastro

Kubanın mərhum lideri həyatına hazırlanan sui-qəsdlərin sayına görə Ginnesin rekordlar kitabına daxil olub. Kastroya 638 sui-qəsd hazırlanıb və bunların heç birində uğur əldə edilməyib. Hücumlar Amerika kəşfiyyatı, kubalı müxaliflər və inqilabdan sonra Kuba kazinolarını itirmiş mafioz qruplaşmalar tərəfindən təşkil edilib.

Leonid Brejnev

Məşhur SSRİ liderinə qarşı 3 dəfə sui-qəsd təşkil edilib. İlk hücum 1969-cu ildə baş tutub. SSRİ liderinin avtomobil korteji Sovet ordusunun leytenantı Viktor İlin tərəfindən güllə-baran edilib. Növbəti hücumlar isə SSRİ xaricində olub. Dövlət Təhlükəsizlik Komitəsi bu hücumların qarşısını almağı bacarıb.

Con Kennedi

Amerikanın mərhum prezidenti 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüb. Rəsmi mənbələrə görə, onu keçmiş dəniz piyadası olan Li Xarvi Osvald öldürüb. Osvald sui-qəsddən bir neçə gün sonra qətlə yetirilib. İndiyə qədər Kennedi sui-qəsdinin əsas sifarişçisi tapılmayıb.

İosif Stalin

Bu SSRİ liderini çoxları öldürmək istəsə də heç bir uğur əldə etməyiblər. Onun mühafizəsi həddən artıq diqqətli və hazırlıqlı olub. 1942-ci ildə Stalini Saveli Dmitriyev öldürmək istəyib. Dmitriyev Qırmızı Meydanda içərisində Stalinin olduğunu güman etdiyi avtomobilə atəş açıb, lakin SSRİ liderinin yerinə avtomobildə Xarici Ticarət Komissarlığının rəhbəri Anastas Mikoyan olub. Hücum zamanı heç kim xəsarət almayıb. Dmitriyev 1950-ci ildə güllələnərək öldürülüb.