Bu il martın 16-da İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək.
Bu il martın 16-da İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək.
TİA.AZ Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.
Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Martın 16-da yarımqrup görüşləri, ertəsi isə final görüşləri keçiriləcək.
Qeyd edək ki, 2015-ci ildə keçirilən yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunun sahibi olub.