Dünya kuboku: Unikal mükafat haqqında bilmədikləriniz

Dünya kuboku: Unikal mükafat haqqında bilmədikləriniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 50 ildə futbol üzrə dünya çempionatının qalibinə təqdim edilən məşhur kubok İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Duqnanodakı müəssisələrin birində istehsal olunur.

18 karatlıq qızıldan hazırlanan bu kubokun hündürlüyü 39 santimetr, çəkisi 6,2 kiloqramdır.

Dizaynı italyan heykəltaraş Silvio Qazzaniqa tərəfindən hazırlanmış kubok 1973-cü ildə nümayiş etdirilib və ilk dəfə 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi dünya çempionatında qalibə təqdim olunub.

Unikal görünüşə malik kubok final matçının sonunda təşkil edilən mərasimdə qalib komandaya verilir.

Maraqlı məqam ondan ibarətdir ki, qalib gələn komanda kubokun qızıl ilə örtülmüş nüsxəsini alır, kubokun əsli isə həmişə FIFA-nın ixtiyarında qalır.

Sahibinə kubok yalnız müxtəlif təntənəli mərasimlər zamanı müvəqqəti təqdim edilə bilər.