Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub

Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

Tribunainfo.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan N. Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, M. Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.