Dünya Kuboku: Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

Dünya Kuboku: Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

Tribunainfo.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.