backend

Dünya güclü kiberhücuma məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünya üzrə müxtəlif təşkilat və idarələr mayın 12-də güclü haker hücumuna məruz qalıb.  

Bütün dünya üzrə müxtəlif təşkilat və idarələr mayın 12-də güclü haker hücumuna məruz qalıb. 

Belə hücumlar Rusiya, Tayvan, İspaniya, Ukrayna və digər ölkələrdə qeydə alınıb. Böyük Britaniya ərazisindəki xəstəxanaların çoxunda kompüter sistemləri sıradan çıxıb. İndiyə qədər 74 ölkədə 45 mindən çox virusa yoluxma faktı məlumdur. Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzeti yazır ki, haker proqramını 28 dil dəstəkləyir. Bu da hücumun potensial miqyasının göstəricisidir.

Bütün dünyada iri məbləğdə xərac tələbləri ilə müşayiət olunan güclü kiberhücumun arxasında dayanan hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) “Microsoft” korporasiyasına məxsus “Windows” əməliyyat sistemlərinin yükləndiyi kompüterləri elə həmin sistemlər vasitəsilə virusa yoluxdurmaq təcrübəsindən istifadə ediblər.

“WannaCry” virusu kompüterin yaddaşında saxlanılan bütün məlumatları şifrələyərək, onu sıradan çıxarır. Cinayətkarlar 300 dollar məbləğində xərac müqabilində faylların kodunun açılmasını vəd edirlər. İstifadəçi deyilən müddətə qədər xəracı ödəməyəndə, artıq 600 dollar tələb edirlər. Onlar xərac ödənilən kimi məlumatların şifrələrinin açılacağını vəd edirlər. Fikirlərini belə əsaslandırırlar ki, əgər aldatsalar, bu xəbər tezliklə hər yana yayılacaq və onlar pul qazanmaq imkanlarından məhrum olacaqlar.

MTA-nın proqram təminatını “Shadow Brockers” adı ilə fəaliyyət göstərən qruplaşma ələ keçirib. Kibercinayətkarlar aprelin ortalarında bildiriblər ki, onların sərəncamında ABŞ xüsusi xidmət orqanlarının kompüterləri sıradan çıxarmaq üçün işləyib hazırladıqları vasitə var.

“Microsoft” “WannaCry” virusundan müdafiə olunmağa imkan verən yeni versiya buraxıb. Amma istifadəçilərin heç də hamısı onu yükləməyə macal tapmayıb. Dünən “Microsoft” şirkəti bəyan edib ki, zərərli proqram təminatını üzə çıxarmaq və ondan qorunmaq üçün “Windows”a əlavələr edib. (AZƏRTAC)