“Dünya Göz Azərbaycan” MMC barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin statistik məlumatların verilməsi qaydaları ilə bağlı 389-cu müddəsinin tələbini pozub. Tələbi pozulan maddəyə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Dünya Göz Azərbaycan”ın işinə 29 aprel tarixində Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar