“Dünya Göz Azərbaycan”  215.4-cü maddəni pozdu – Məhkəmə nə qərar verəcək?backend

“Dünya Göz Azərbaycan” 215.4-cü maddəni pozdu – Məhkəmə nə qərar verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış “Dünya Göz Azərbaycan” Məhdud Məsuliyətli Cəmiyyəti qanunvericiliyi pozduğu üçün cərimələnib.
 
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Klinikada sertifikasiyadan keçməyən şəxslərin əczaçılıq fəaliyyətinə icazə verilib.
14.06.2023-cü il tarixində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə işində iddia təmin olunarsa, “Dünya Göz Azərbaycan” 8 min manatadək cərimə cəzası gözləyir.
Qeyd edək ki, Dünyagöz Xəstəxanalar qrupunun qanuni təmsilçisi Adem Esgündür.