İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,59% – 26,024.96 bəndədək, S&P 500 indeksi 0,65% – 3,117.86 bəndədək, Nasdaq indeksi isə 1,11% – 10,056.48 bəndədək yüksəlib.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyunun 22-də FTSE 100 indeksi 0,76% – 6,244.62 bəndədək, Fransa CAC-40 indeksi 0,62% – 4,948.70 bəndədək, Almaniya DAX-ı isə 0,55% – 12,262.97 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti dəyişməyərək 1 732,7 dollar səviyyəsində qalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,75% artaraq 1,1265 dollar təşkil edib.