Dünya çempionatı 2 ildən bir keçirilsin – FİFA-ya yeni təklif

Dünya çempionatı 2 ildən bir keçirilsin – FİFA-ya yeni təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb.

Qol.az-ın “The Guardian”a istinadən yaydığı xəbərə görə, qurumun prezidenti Alexandro Dominqes FİFA-ya mundialın 2 ildən bir keçirilməsini təklif edib. O, futbolçuların bununla dünya çempionatında daha çox iştirak imkanı qazanacağını vurğulayıb:

“Millətlər Liqasında oynamaq üçün dünya çempionatını 2 ildən bir keçirə bilərik. Bu, hamının xeyrinə olar. Belədə futbolçular ən azı 4 mundial görə bilərlər. İndiki halda onlar maksimum 2 turnirdə iştirak edə bilirlər. Həll yolları çoxdur. Dünya çempionatını uzun müddət gözləmədən Avropa, Cənubi və Şimali Amerika, Afrika və Asiyada keçirə bilərik. Maliyyə tərəfinə gəlincə, FİFA bundan daha çox gəlir götürüb, ölkələrə daha çox pul paylaya bilər”.

Qeyd edək ki, KONMEBOL daha əvvəl FİFA-ya mundial iştirakçılarının sayını 32-dən 48-ə yüksəltməyi təklif edib. Ali futbol qurumu da hazırda bu məsələni müzakirə edir.