ABŞ Xəzinə Nazirliyinin beynəlxalq əlaqələr üzrə müşaviri Deyvid Malpass Dünya Bankının yeni sədri seçilib.
Tia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramptərəfindən namizədliyi irəli sürülən Malpass 9 apreldə vəzifəsinin icrasına başlayacaq. Deyvid Malpass 5 il ərzində Dünya Bankına rəhbərlik edəcək.
Qeyd edək ki, Dünya Bankının sabiq sədri Cim Yonq Kim yanvar ayında gözlənilmədən istefa vermişdi.