Dünya Bankı: Azərbaycanda iqtisadi geriləmə zəifləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankının açıqladığı “Global Economic Prospects” hesabatına görə, 2016-ci illə müqayisədə Azərbaycanda iqtisadi geriləmə zəifləyib.

Oxu.Az hesabata istinadən xəbər verir ki, 2016-cı ildə ÜDM 3,1 faiz azalmışdısa, 2017-ci ildə bu rəqəmin 1,4 faiz olacağı gözlənilir.

Bununla belə, bank cari ildə ÜDM-də 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artım olacağını irəli sürüb.

Hesabatda bildirilir ki, 2014-2016-cı illərdə neft qiymətinin aşağı olması, o cümlədən bank sektorundakı problemlər, passiv kreditlərin artımı, hökumətin gəlirlərinin azalması iqtisadiyyata təsir edib:

“Zəif pul-kredit siyasəti, maliyyə bazarının kiçik olması inflyasiya ilə mübarizə siyasətinin effektivliyini məhdudlaşdırıb. Bu da əhalinin real gəlirlərinin artımına zərbə vurub”.

Hesabatda o da qeyd olunub ki, bütün problemlərə rəğmən, qeyri-neft sektorunda bərpa əlamətləri və investisiya artımı müşahidə edilib.