Dükana tək gedən qadının başını kəsdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər. 

Əfqanıstanda ərzaq mağazasına ərsiz gedən qadının başını kəsiblər.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, insident böyük hissəsi hələ də, “Taliban” hərəkatının nəzarəti altında olan Sar-e-Pul əyalətində baş verib.

Məlumata görə, mərhumun həyat yoldaşı bir neçə gün əvvəl ölkəni tərk edib. O, evdə olmadığı zaman isə qadın Latii kəndindəki bazara gedib. Yolda qadın silahlı şəxslər tərəfindən saxlanılıb və tezliklə qətlə yetirilib.

Əyalət qubernatorunun sözlərinə görə, qadın, ehtimal ki, “Taliban”ın qadınların yaxın kişi qohumu olmadan ictimai yerlərə getməsinə qoyduğu qadağanı pozub.

Bununla belə, “Taliban” qətldə əlinin olmadığını bəyan edib.