Dubayda iki göydələn arasında gəzişmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış “Emaar Properties” tikinti şirkəti Dubayda turizm əhəmiyyətli yeni obyektin – “Downtown Dubai”də “Address Sky View” layihəsinin iki qülləsi arasında yerdən 200 metr yüksəklikdə “Sky Walk” deyilən gəzinti yerinin istifadəyə verildiyini elan edib.

Birləşmiş Ərəb Əmirliklərində çıxan “Arabian business” nəşri yazır ki, kəskin təəssüratları sevənlər sözün həqiqi mənasında binanın bayırında 45 metrlik məsafəni təhlükəsizlik kəmərlərində cəlbedici şəhər mənzərələrini seyr edə-edə qət edə biləcəklər.

Yaşayış və mehmanxana layihəsi olan “Address Sky View” 70 metr uzunluğunda mənzərəli hovuzu, qüllələri birləşdirən körpüsü və digər unikal obyektləri ilə də məşhurdur.

“Sky Walk” “Emaar Properties” şirkətinin “At the Top”, “Burj Khalifa SKY” kimi maraqlı attraksionlarından birinə çevriləcək.

“Emaar Properties” şirkətinin sədri Məhəmməd Alabbar nəşrə müsahibəsində deyib: “Address Sky View” “Downtown Dubai”də ən nüfuzlu layihələrdən biridir. Layihə özündə nəinki dünya səviyyəli otel və apartamentləri, həm də məşhur “Sky Bridge” və yeni “Sky Walk” obyektlərini birləşdirir”. Onun sözlərinə görə, “Sky Walk” şəhərin turizm məkanları arasında layiqli yer tutacaq və gələnlərə unudulmaz təəssüratlar bəxş edəcək. (AZƏRTAC)