Bu ilin noyabr ayında Dubayda yeni görməli yer açılacaq: şəhərdə dünyanın ən böyük fotoçərçivəsi olacaq.
Bu ilin noyabr ayında Dubayda yeni görməli yer açılacaq: şəhərdə dünyanın ən böyük fotoçərçivəsi olacaq.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsindən məlumat verilib.
Layihə 43 milyon dollara başa gəlib. Çərçivənin hündürlüyü 150 metr, eni isə 93 metrdir. Çərçivənin bir tərəfindən müasir Dubaya, digər tərəfindən isə şəhərin qədim hissəsinə görünüş açılır.
Fotoçərçivəni dörd il əvvəl quraşdırmağa başlayıblar. Rəsmi açılış hələ iki il əvvəl keçirilməli idi, lakin tikinti materiallarının çatışmazlığı səbəbindən açılış təxirə salınıb.