Dubayda 5 saatlıq danışıqlar: Əliyev Paşinyana “masterklas” keçdi

Dubayda 5 saatlıq danışıqlar: Əliyev Paşinyana “masterklas” keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlham Əliyevlə Paşinyan arasında növbəti görüş keçirildi. Kənardan bəlkə də bu görüş belə bir təəssürat bağışlayır ki, sanki ciddi nəticələr əldə olunmadı. Amma düşünürəm ki, görüş digərlərindən kəskin şəkildə fərqlənirdi”.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib.

Siyasətçinin sözlərinə görə, xüsusilə də məkan olaraq Dubayın seçilməsi, eyni zamanda görüşün 5 saatdan da artıq davam etməsi onu göstərir ki, çox ciddi məsələlər ətrafında müzakirələr gedib. Heç şübhəsiz ki, bu müzakirələr sırasında Zəngəzur dəhlizinin açılması məsələsi və Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin qısa vaxtda imzalanması əsas müzakirə edilən məsələlərdən idi.

Digər tərəfdən bu görüşün əvvəlki görüşlərdən fərqi ondan ibarət idi ki, heç bir vasitəçi olmadan İlham Əliyev və Paşinyan arasında görüş keçirildi. Bu da çox mühüm məsələdir. Azərbaycan bir daha göstərdi ki, hər hansı bir dövlətin vasitəçiliyi olmadan belə, tərəflər arasında sülh sazişinin əldə olunması mümkündür. Biz çox çalışırıq ki, qardaş Türkiyə bu proseslərdə vasitəçilərdən biri olsun. Amma bildiyiniz kimi Türkiyənin belə bir imkanları yoxdur. Çünki Türkiyə çətin ATƏT-in Minsk qrupununun əsas 3 həmsədr ölkələrindən biri olmadığından onun imkanları Amerika, Rusiya və Fransaya nisbətən çox aşağıdır. Bu baxımdan düşünürəm ki, İlham Əliyev bu dəfə masterklas keçdi və növbəti qələbəsini qazandı. Çünki vasitəçilər olmadan danışıqların aparılması birbaşa Azərbaycanın maraqlarına cavab verir. Biz Türkiyənin vasitəçi olmağını istəyiriksə, Ermənistan da masaya həmsədr ölkələrin masaya gəlməsini irəli sürə bilər. Bu da bəzi məsələlərdə bizə çətinlik yaradar. Əsasən də Fransanı irəli sürə bilər. Biz heç bir halda Fransanın vasitəçi olmağını istəmirik.

Növbəti görüşün olacağı anonsu verildi. Bu görüş də sülh sazişi yolunda atılan ən mühüm addımlardan biri oldu. Gələcəkdə sülh sazişi əldə olunanda 10 iyul, Əbu-Dabidə İlham Əliyev və Paşinyan arasındakı görüşün önəmi bir daha orada özünü biruzə verəcək.

 

Dəniz Pənahova