Dubay şokoladı təhlükəli imişbackend

Dubay şokoladı təhlükəli imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son aylar xüsusilə sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladı sağlamlıq üçün əsl təhlükə mənbəyidir”.

Tribunainfo.az xəbər verir ki, bu haqda toksikoloq Mixail Kutuşov məlumat paylaşıb.

Bloqerlərin haqqında bəh-bəhlə danışdığı bu şirniyyat növü əllə hazırlanır ki, başlıca olaraq bu gigyenik cəhətdən təhlükəlidir.

Onun tərkibinə Belçika südlü şokolad, püstə yaxud araxis pastası və kadaif var.

Bu tərkibinə görə, şirniyyat əsl karbohidrat “bombası” sayıla bilər. Bu da normadan dəfələrlə artıq kalori ilə yanaşı, həssas orqanizmli şəxslər üçün allergik təsirə də malikdir.

Həkim onu da bildirib ki, Dubay şokoladının istehlakçıları xüsusilə ishal, ürəkbulanması kimi şikayətlərlə tez-tez  xəstəxanalara müraciət edirlər.