Dubay festivalına getmək neçəyədir? – Qiymət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubay şopinq festivalında iştirak etmək 313 dollardan başlayır.

Axar.az xəbər verir ki, turizm firmaları yanvarın 11-dən 14-dək Dubayda keçiriləcək şopinq festivala səfərlər təşkil edirlər.

Qiymətlərə aviabilet, otel, sığorta və səhər yeməyi daxildir. Viza rüsumu isə ayrıdır və 75 dollardır.

313 dollara həmçinin 2 ulduzlu otellər təklif olunur. Əgər üç gün ərzində 4-5 ulduzlu otellərdə gecələmək istəyirsinizsə, azı 380-410 dollar civarında ödəməlisiniz.