DTX və polis Qəbələdə əməliyyat apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə qanunsuz dini ədəbiyyatlar, xəncər aşkar edilib
 

Qəbələdə qanunsuz dini ədəbiyyatlar, xəncər aşkar edilib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

TİA.AZ