DTX sədri Mədət Quliyev “999-cu gecə”də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub. 

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub.


Teatrdan Kult.az-a verilən məlumata görə, general-leytenant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib.


Anşlaqla keçən tamaşanı ABŞ-dan ölkəmizə gələn qonaqlar da izləyib.

Sonda Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general-leytnant Mədət Quliyev Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə minnətdarlıq edib: 

“Çox gözəl tamaşa idi. Həm rejissor işi, həm aktyor oyunu çox yüksək səviyyədə idi. Təbii ki, musiqini xüsusi qeyd etmək istərdim. Tamaşada istifadə olunan geyimlər çox zövqlə seçilib. Ümumiyyətlə, teatrınızdakı şərait, ab-hava çox ürəkaçandır”.

Qeyd edək ki, tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Səməd Xasıyev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Fərid Rzayev və Elməddin Dadaşov ifa ediblər.