DTX-nın saxladığı İslam Rzayev kimdir? – Dosye

DTX-nın saxladığı İslam Rzayev kimdir? – Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Tribunainfo.az xəbər verir ki, keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı İslam Vahid oğlu Rzayev – 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.

İ.Rzayev həmçinin “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində də çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir. O, 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür. Evlidir, 3 övladı var.

Qeyd edək i, DTX-nin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə bərabər saxlanılan şəxslərin kimliyi hələlik məlum deyil.

Gülşən Rəsul