backend

DTX, DSX və Gömrük əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb. 

Bu barədə TİA.AZ-a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, bu il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.