DSX Xəzərdə iki balıqçını xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batmaq təhlükəsilə üz-üzə qalan iki nəfər balıqçını xilas edib. 

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batmaq təhlükəsilə üz-üzə qalan iki nəfər balıqçını xilas edib.

DSX-dan TİA.AZ-a verilən məlumata görə, iyunun 29-da, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar – Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.