“DSX ƏSGƏR ÖLÜMLƏRİ İLƏ BAĞLI AÇIQLAMA VERMƏLİDİR” – HƏRBİ EKSPERT

“DSX ƏSGƏR ÖLÜMLƏRİ İLƏ BAĞLI AÇIQLAMA VERMƏLİDİR” – HƏRBİ EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ildə, səhv etmirəmsə, Dövlət Sərhəd Xidmətində 9-cu belə intihar hadisəsidir. Bu halların qarşısı alınmalıdır. Dövlət Sərhəd Xidməti qüvvələrində bu məsələlərlə bağlı fundamental tədbir görülməlidir. Hərbi qulluqçuların, xüsusən də əsgərlərin intihar etməsi dünyanın hər ordusunda baş verən haldır. Təəssüf ki, Azərbaycanda da Dövlət Sərhəd Xidmətinin tabeliyində olan qoşun növlərində belə hallara son vaxtlar tez-tez yaşanır.

Bu sözləri Tribunainfo.az-a hərbi ekspert Ramil Məmmədli bildirib. O qeyd edib ki, bu məsələyə bir neçə aspekdən yanaşmaq olar:

“Birincisi, əsgərin, hərbi qulluqçunun psixoloji durumu önəmlidir. Xüsusilə də şəxsi məsələlərlə bağlı. İkincisi, ona orada olan münasibət və probleminin həll olunmaması məsələsi. Yəni ədalətli münasibətin olmaması. Bu da təbii ki, nizamnamədən kənar münasibətlər zəminində baş verən hadisəklərin yekunu olaraq meydana çıxır. Əlbəttə, bu tənqidolunacaq bir məsələdir.

Hesab edirəm ki, normal hərbi qulluqçu öz əsgərinin intihar etməsinə şərait yaradan heç bir addım atmaz. Lakin cəmiyyətdə olduğu kimi Silahlı Qüvvələrdə də müxtəlif xarakterli şəxslər var. Yəni istər zabitlər, istərsə də əsgərlər arasında. Bəzən belə halların baş verməsində yalnız ittiham obyekti zabit olur. Amma biz yaxşı bildirik ki, bir çox hallarda belə problemlərin yaranmasının səbəbi elə əsgərlərin özlərinin arasında yaşanan münasibətdir. Təbii ki, sual oluna bilər ki, komandir, tağım komandiri, böyük komandiri niyə daha diqqəti, məlumatlı deyil?
Ancaq həqiqətən də bu kimi məsələlərdə fərqli situasiya yaranır. Bunu hərbi xidmətdə olanlar yaxşı bilir. Yəni əsgərlər bir-birlərinin arasında olan məsələləri gizlədirlər və nəticədə də belə hallar baş verir. Hər halda bu kimi halların qarşısını almaq lazımdır. Bunun üçün DSX konkret addımlar atmalıdır ki, daha intihar halları baş verməsin. İntiharın səbəbi hər nədirsə, bu DSX-nin araşdırmalı olduğu haldır. Çünki bütün ittihamlar DSX rəhbərinə yönəlir. Düşünrəm ki, dövlət Sərhəd Xidməti bununla bağlı açıq şəkildə açıqlama verməlidir”.