Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tenderin nəticəsi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat paylaşılıb.
Qeyd edilir ki, DMSF balansındakı nəqaliyyat vasitələrinin əsaslı təmirini reallaşdırmaq istəyib. Bununla əlaqədar 249 min 995 manat vəsait də ayırıb. Lakin qanunun bəzi tələblərini pozduğundan nəticələr ləğv edilib.
Bildirək ki, söhbət satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasından gedir. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbini pozmaq deməkdir.
Fərda Uğur