DSMF daha 2 ofis icarəyə götürür – 5 milyon manat alacaq qadın sahibkar kimdir?

DSMF daha 2 ofis icarəyə götürür – 5 milyon manat alacaq qadın sahibkar kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi sahibkar Həsənova Qaze Həsən qızı ilə 5 150 412 manatlıq satınalma müqavilə imzalayacaq.

Qaynarinfo xəbər verir ki, DSMF bu məbləğə qurumun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı və Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürəcək.

Açıq mənbələrdə Qaze Həsənova barəsində heç bir məlumat yoxdur.Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, Qaze Həsənova DSMF-in ofis icarəsi ilə bağlı keçirdiyi tenderlərin qalibi olur. Qurum cari ilin əvvəlində də sahibkarla satınalma müqaviləsi imzalayıb.

Maliyyə dəyəri 1 287 735 manat olan müqavilədə qurumun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı və Maddi – Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürüləməsi nəzərdə turulur.

DSMF 2021-ci ilə Qaze Həsənova ilə 556 200 manatlıq, 2020-ci ildə isə 993 600 manatlıq satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr də ofis icarəsi ilə bağlı olub.