Dövlət Statistika Komitəsi yenə də pərakəndə ticarət dövriyyəsini açıqlayıb, amma e-ticarətlə bağlı heç nə deməyib. Bu, doğru bir yanaşma deyil. Prezident özünün bütün çıxışlarında rəqəmsal transformasiyadan, müasir trendlərdən danışır, onlara uyğun da çağırışları qeyd edir. Amma DSK kor tutduğunu buraxmayan kimi, ancaq klassik statistikanı açıqlayır.
Tribunainfo.az yazır ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, DSK e-ticarətlə bağlı dövriyyənin hesablanması metodikasını dərc etməli və ona uyğun da statistikanı açıqlamalıdır:
“Bir müddət öncə Mərkəzi Bankın ölkədə e-ticarət dövriyyəsinin 70% olması ilə bağlı açıqlaması da real e-ticarəti əks etdirmir. Odur ki, DSK-dan bu istiqamətdə açıqlamalar gözləyirik”.
Nigar