Yeni bir araşdırma, dünyanın ən qaniçən vampiri sayılan qraf Drakulanı ilhamlandıran Vallaçian şahzadəsi Vlad the Impalerin vegan olduğunu üzə çıxarıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Düşmənlərini dirəyə vurmaqla məşhur olan Vlad Tepesin 500 il əvvəl yazdığı məktubdan qan, tər və tüpürcək izlərini toplayan tədqiqatçılar, götürülmüş nümunələrdə heyvani qida zülalına rast gəlinmədiyini bildiriblər.
Alimlər həmçinin Drakulanın qanlı göz yaşlarına səbəb olan hemolacria adlı bir xəstəliklə mübarizə apardığını ortaya qoydular.
İrlandiyalı yazıçı Bram Stokerin uydurma personajının 15-ci əsrdə yaşamış Rumıniya imperatoru Vlad Tepesdən ilhamlandığı güman edilir.
500 il sonra bəzi əlyazma hərflərinin elmi təhlili göstərdi ki, Voyvoda yalnız bitki mənşəli qidalar yemiş ola bilər.
Vlad Drakula kimi tanınan Vlad Tepes 1448-ci ildən 1477-ci ildə ölümünə qədər Vallaçia-nı üç dəfə idarə etdi. Daha sonra o, İstokerin 1897-ci ildə yazdığı Drakula romanında məşhur vampir qrafının ilham mənbəyi oldu.
İspaniyanın Kataloniya Universitetinin alimləri araşdırma çərçivəsində Vlad Tepesin yazdığı məktublardan “tarixi biomolekullar” alıblar. Komanda Stokerin Drakulasının nəşrindən düz 125 il sonra, bu ilin may ayında məktubdan qan, tər, barmaq izləri və tüpürcək nümunələrini çıxarıb.
Tədqiqatçılar 4 avqust 1475-ci il tarixli məktubda aşağıdakı ifadələrin yer aldığını açıqladılar: “Mən Transalp bölgələrinin Şahzadəsiyəm. Tezliklə Siburiyaya gələcəyəm.
Vlad Drakula”.
Tədqiqatçılar Drakulanın bioloji izlərində heyvan qidası zülallarının olmadığını aşkar ediblər.
“Analytical Chemistry” elmi jurnalında dərc edilən araşdırmanın müəlliflərindən biri olan Gleb Zilberstein, “Hərflərdəki qida zülalları yalnız bitki mənşəli qidalarda olur. Ancaq Drakulanın bitki əsaslı qidalanma qərarı arzudan çox, imkanlara görə ola bilər”.
15-ci əsrdə Avropada çox soyuq iqlim və çox az yemək var idi. Bioarxeoloqların fikrincə, Avropada aristokratlar çox cüzi qidalanırdılar və ət ümumiyyətlə yeyilməzdi.
Tədqiqata rəhbərlik edən professor Vinçenzo Kunsolo deyib: “Yəqin ki, həyatının ən azı son illərində o, hemolacria adlı patoloji xəstəlikdən əziyyət çəkib, yəni qanla qarışmış göz yaşı töküb”.