Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə “ DRAGON ” idman klubunun açılışı olub. İlk söz Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə verilib. Adil Əliyev idman klubunun açılışı münasibətilə klubun məşqiçilərini, idmançıları təbrik etdi. Adil müəllim qeyd etdi ki, bu gün açılan bu zal Azərbaycanda fəaliyyət göstərən gözəl zallardan biridir:”Uşaqlar bu cür zalda məşq edib çempion olmağa daha da ruhlanacaqlar. Bu gün siz azad, müstəqil dövlətin vətəndaşlarısınız. Günü-gündən abadlaşan, gözəlləşən Respublikamızda siz idmançılar üçün belə səviyyəli idman zalları açılır. Biz hal-hazırda müharibə olan bir ölkədə yaşayırıq. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bizim ən böyük silahımız ağlımız, savadımız və gücümüzdür. Gənclərimizi gecə kulblarından, qəlyanxanalardan uzaq tutmalıyıq, kitabxanalara, idman zallarına cəlb etməliyik. Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik”.