Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti türkiyəli iş adamı Barış Altıparmakı cərimələyib.
Valyuta.az xəbər verir ki, iş adamı barəsində inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə tərtib edilib.
Bu maddə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Barış Altıparmak dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Barış Altırparmak “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin ölkəmizdəki Nümayəndəliyinin baş direktorudur.