İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti “Azərdövlətsənayelayihə” Dövlət Layhihə İnstitutunun tenderinin nəticələrini ləğv edib.
Tribunainfo.az xəbər verir ki, sözügedən dövlət qurumu istifadə üçün 6 ədəd avtomobil almağı planlaşdırıbmış. SUV5 nəslinə aid olan bu avtomobillərin alınması üçün isə 142.200 manat pul ayırıbmış.
Lakin Antiinhisar və İstelak Bazarına Nəzarət Xidməti belə qərara gəlib ki, institut qanunların tələbini pozub.