Dövlət Xidməti “Araz Supermarket”i təftiş edirbackend

Dövlət Xidməti “Araz Supermarket”i təftiş edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Araz Supermarket” MMC arasında məhkəmə çəkişməsi davam edir.

Pravda.az-ın xəbərinə görə, Dövlət Xidmətinin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib etdiyi protokola Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə sentyabrın 2-də baxılıb. Növbəti baxış iclası isə sentyabrın 16-da keçiriləcək.

Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu Qrup”a daxildir.