Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları – AŞKARLANIBbackend

Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları – AŞKARLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, hesabat ilində dövlət satınalmaları sahəsində nəzarət obyektlərinin nizamnamə ilə müəyyən edilmiş işləri kənar qurumlar vasitəsilə həyata keçirilməsi aşkarlanıb: “Dövlət satınalmalarının əhatə dairəsi genişlənməli, satınalmaların planlaşma hissəsinin əhatəliliyi artırılmalıdır. Dövlət satınalmaları sahəsində şəffaflığın artırılmasına ehtiyac var”.