Dövlət rəsmiləri bələdiyyə seçkisində səs verirlər (FOTO)

Dövlət rəsmiləri bələdiyyə seçkisində səs verirlər (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

Tribunainfo.az xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə istifadə edirlər.

***

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

O, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

***

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində səs verib.

Tribunainfo.az xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bələdiyyə seçkisində iştirak edib.

Tribunainfo.az xəbər verir ki, o, 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.

***
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.

Tribunainfo.az xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.

***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bələdiyyə seçkisində səs verib.

Tribunainfo.az xəbər verir ki, Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.