Dövlət qurumu hər maşınına 4000 manat xərc çəkəcək

Dövlət qurumu hər maşınına 4000 manat xərc çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC yeni tenderi keçirib və nəticələrini paylaşıb.

Tribunainfo.az xəbər verir ki, tenderə əsasən dövlət qurumu balansında olan nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin satınalınmasını reallaşdıracaq.

Bununla bağlı müqavilə “İDEAL MOTORS” MMC ilə bağlanılıb. Onun dəyəri isə 802 min 388,54 təşkil edib.

Açıqlamalardan aydın olan odur ki, bu pul üst-üstə 200-dən bir qədər çox maşının təmiri üçün nəzərdə tutulıub. Yəni, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hər maşına 4000 manat pul sərf edib.

Fərda Uğur