Dövlət qurumu 588 min manatlıq kabel və naqil aldı – TENDER NƏTİCƏSİ

Dövlət qurumu 588 min manatlıq kabel və naqil aldı – TENDER NƏTİCƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Elektrik dərinlik subartezian nasos aqreqatları üçün sarğı naqilləri və güc kabellərinin satınalınması” tenderinin nəticələrini elan edib.

Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, “Texinvest” MMC qalib olub.

Qalib şirkətə 587 834 manat ödəniləcək.

“Texinvest” MMC daha öncə DİN Daxili Qoşunlar Baş İdarəsinin 1 459 994 manat məbləğindəki “2023-cü il üçün zirehli və digər texnikalar üçün ehtiyat hissələrinin, avadanlıqların və onların dəyişdirilməsi xidmətlərinin sаtın аlınmаsı” tenderinin qalibi seçilib (18.05.2023).