Dövlət qurumu 3 ədəd avtomobil üçün 139 min manat ödəyəcək – TENDER NƏTİCƏSİ

Dövlət qurumu 3 ədəd avtomobil üçün 139 min manat ödəyəcək – TENDER NƏTİCƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dost İş Mərkəzi” MMC “Xidməti minik avtomobillərinin satın alınması” nəticələrini elan edib.
Tribunainfo.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Toyota Absheron Merkezi” MMC olub.
Qalib şirkətə 138 720 manat ödəniləcək.

Xatırladaq ki, sifarişə 3 ədəd minik avtomobil daxildir. Bu da o deməkdir ki, bir ədəd avtomobilin qiyməti 46 240 manatdır.

Minik avtomobillərinə verilən tələblər belədir: Minik avtomobilinin texniki xarakteristikası Avtomobilin tipi: Minik avtomobili (sedan tipli) Avtomobilin ili: minimum 2022-ci il (Yeni) Ölçülər: u/e/h mm min.4600/1700/1400 max.4700/1800/1500 Mühərrik həcmi: min 1500-1700 sm3 Sürət qutusu: Avtomat Rəng: Ağ/Qara Yanacaq növü: Benzin Oturacaq sayı: 5 oturacaqlı Zəmanət: min. minimum 3 il və ya 100000km yürüş ilə (istehsal xətası ola bilən bütün hissələr üzrə). Xüsusiyyətləri: Kondisioner, ABS tormoz sistemi, park radarı, təhlükəsizlik yastıqları. Avtomobil üçün zəruri olan digər təchizat avadanlıqları ( ilk yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər, ayaqaltılar)