Dövlət İmtahan Mərkəzində (DİM) toplanan 1000-dən çox vakant vəzifənin siyahısında yüksək kateqoriyalı vəzifələr də var.
Dövlət İmtahan Mərkəzində (DİM) toplanan 1000-dən çox vakant vəzifənin siyahısında yüksək kateqoriyalı vəzifələr də var.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov jurnalistlərə deyib.
Onun sözlərinə görə, ümumilikdə vakant yerlər çox dövlət orqanlarında – Dövlət Əmlak Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyində var: “Dövlət orqanlarında vakant yüksək vəzifələr üzrə seçimin aparılmasına başlamaq lazımdır. Vakant yüksək kateqoriyalı yüksək vəzifələrin DİM-ə təqdim olunmasına gəldikdə, burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər”.
B.Xəlilov qeyd edib ki, oktyabrda dövlət qulluğuna qəbul üçün birinci test imtahanları keçiriləcək. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq.
Hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər edilməklə normativ-hüquqi bazanın formalaşdırıldığını deyən B.Xəlilov deyib ki, qanunvercilik dəyişdiyindən yeni imtahanlada iştirak edənlər sonda sertifikat alacaqlar. Namizdələr müvafiq qruplar üzrə üəyyənləşən keçid ballarını topladıqları halda sertifikatı əldə edə biləcəklər. Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq. Həmin sertifikatı alanlar hansısa bir vakant vəzifə üzrə elan edilən müsahibədə də iştirak edə biləcəklər.