Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının oxunuş məşqlərinə başlanılıb

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının oxunuş məşqlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri danimarkalı yazıçı Xristian Andersonun eyniadlı əsəri əsasında hazırlanır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, tamaşanın quruluşçu rejissoru və tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəqiyyətlər arzu edib.

Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova iştirak edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən “Düyməcik” nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.