Dövlət Məşğulluq Agentliyi 126 minə  katriclər alır

Dövlət Məşğulluq Agentliyi 126 minə katriclər alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda maraqlı tender uduşları silsiləsinə daha biri daxil olub. Ölkədə məşğulluq səviyyəsini artırmaq və işsizliyi aradan qaldırmağa məsul olan Dövlət Məşğullu Agentliyi, bütün bunları bir kənara qoyaraq, katric almaq qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, dövlət agentliyi bu məqsədlə nə az, nə çox, düz 126 min 726 manatlıq katric almaq üçün satınalma müqaviləsi imzalayıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, katriclərin alınması üçün satınalma müqaviləsi “Kainat-Print” MMC ilə bağlanıb.
Alınan katriclərə gəldikdə isə onlar əsasən “Canon 643” və “HP LaserJet M227” markalıdırlar. İşin maraqlı tərəfi isə odur ki, Dövlət Məşğulluq Agentliyi sifariş etdiyi katriclərin bütün rənglərdə olmasını istəyib. Yəni, həmin katriclər qara, qırmızı, yaşıl, göy və sarı rənglərdə çap üçün nəzərdə tutulub.
Sual yaranır ki, ölkədə məşğulluq səviyyəsini artırmağa məsul olan dövlət qurumu bu qədər katrici nə edir? Üstəlik, hər rəngdə katric bu qurumun nəyinə lazımdır? Olmaya bekarçılıqdan göy qurşağı şəkli çəkmək fikrinə düşüblər?