Tribunainfo.az xəbər verir ki, aprelin 2-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı keçirilib. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Səid Rüstəmovun həyat və yaradıcılığından danışıb. Gecədə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, solistlər Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov ifaçılar Ramazan Şərifzadə və Nəzrin Əliyeva bəstəkarın bir-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını ifa ediblər. Solistləri teatrın ansamblı (rəhbər Mirxalid Salayev) müşayiət edib.