Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişdibackend

Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib.
 Tribunainfo.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədrinin birinci müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru.