backend

Dövlət Komitəsindən Quba məhkəməsində baş verənlərə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Quba Rayon Məhkəməsində baş verən hadisəyə münasibət bildirib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Quba Rayon Məhkəməsində baş verən hadisəyə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, Quba Rayon Məhkəməsində 10 yaşlı uşağın xalasından alınaraq atasına verilən zaman yaşanan hadisələr araşdırılır: “Hazırda hadisənin səbəbləri araşdırılır. Bütün yerli dövlət qurumları və tərəflərlə sorğu aparılmalıdır. Yerli dövlət qurumları və vətəndaşların özü ilə birbaşa danışıqlar aparılmalı, səbəblər tam aydınlaşmalıdır. Bu, çox həssas məsələdir. Bu hadisəni bir-iki günə həll etmək mümkün deyil. Araşdırmaya müvafiq olaraq qərar qəbul ediləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.