Dövlət imtahanı ilə bağlı nazirlikdən – Açıqlamabackend

Dövlət imtahanı ilə bağlı nazirlikdən – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur. 

Bu barədə  cavab olaraq Elm və Təshil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır.

Hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.